Astarada gənci elektrik cərəyanı vuraraq öldürüb
Astara rayonunda gənci elektrik cərəyanı vuraraq öldürüb.
Altv1.info.az-ın verdiyi xəbərə görə, bədbəxt hadisə Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsinə daxil olan Səlivə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Tofiq Abid oğlu Məlikov həyətyanı sahədə sitrus ağaclarını suvarmaq üçün su matorunu işə salıb.
Bu zaman elektrik cərəyanı onu vuraraq öldürüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.