Sumqayıtda ağır qəza: BMW "Lexus"la toqquşub aşdı – FOTO

29 10-07-2023, 11:10 Hadisə

Sumqayıtda ağır qəza: BMW "Lexus"la toqquşub aşdı – FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin 20 yanvar və Nəriman Nərimanov küçələrinin kəsişməsində baş verib.
Belə ki, "Lexus" və BMW markalı avtomobillərin toqquşması nəticəsində BMW yol kənarındakı səkiyə dəyərək aşıb.
BMW -nin sürücüsü, 20 yaşlı Aydın Məmmədov yüngül xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ