Quba xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var

25 7-06-2023, 12:14 Hadisə






Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var.
Report xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri işdən çıxış evə gedərkən onların olduğu nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə mühafizəçilərdən biri Elnur Kəlbiyev dünyasını dəyişib, Sahil İsayevin isə vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda araşdırma aparılır.

XƏBƏR LENTİ