Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb

51 26-07-2023, 12:16 Hadisə

Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb

Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib.
Altv1.info.az xəbər verir ki, hadisə Qubanın Mahmudqışlaq kəndində qeydə alınıb.
24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev "Xəzər Xəbər"ə deyib ki, bir neçə aydır ata evində qalan qızını onun əri gecə saatlarında gələrək öldürüb.
26 yaşlı Elşad Quliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Fakta görə Quba rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Altv1.info.az

XƏBƏR LENTİ