Azərbaycanda polis əməkdaşı yol qəzasında ağır yaralanıb

501 8-08-2023, 13:13 Hadisə

Azərbaycanda polis əməkdaşı yol qəzasında ağır yaralanıb

Xızı rayonunda polis əməkdaşı yol qəzasında ağır yaralanıb.
Altv1.info.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Kərimov Məmməd Rafael oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.


Altv1.info.az

XƏBƏR LENTİ