Bakıda avtomobil 64 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

490 3-09-2023, 09:40 Hadisə

Bakıda avtomobil 64 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rəsulzadə qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Tamara Yezgey qızı Bağırovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli inci və bazu sümüklərinin sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ