Bakıda külək 12 yaşlı məktəblinin ölümünə səbəb oldu

1 990 7-09-2023, 11:00 Hadisə

Bakıda külək 12 yaşlı məktəblinin ölümünə səbəb oldu

Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Altv1.info.az Qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.
12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.


Altv1.info.az

XƏBƏR LENTİ