Erməni təxribatı ilə üzləşən xanım idmançımızdan - Açıqlama

17 5-07-2023, 12:38 İdman

Erməni təxribatı ilə üzləşən xanım idmançımızdan - Açıqlama

Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan idmançısı Alika Semixova açıqlama verib.
ALTV1.INFI.az Baku TV-yə istinadən xəbər verir ki, idmançı hava limanında jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, Ermənistan idmançısının təxribatına əsl Azərbaycan xanımı kimi mədəniyyət nümayiş etdirib: “Ermənistan təmsilçisinə əsas vaxtda 2:0 hesabı ilə qalib gəldim. Erməni idmançının təxribatına baxmayaraq mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”.

XƏBƏR LENTİ