"Arsenal" Vengerə heykəl ucaldacaq

14 6-07-2023, 10:48 İdman

"Arsenal" Vengerə heykəl ucaldacaq

"Arsenal" sabiq baş məşqçisi Arsen Venger üçün "Emirates" stadionu önündə bürünc heykəl ucaldacaq.
London təmsilçisi komandaya 22 mövsüm rəhbərlik etmiş mütəxəssisin nailiyyətlərini qiymətləndirmək məqsədi ilə bu addımı atacaq. Heykəlin açılışı avqustun 3-də olacaq.
Fransalı mütəxəssis 1996-2018-ci illər aralığında "Arsenal"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının 2003/04 mövsümündə məğlubiyyətsiz çempion olub. 2018-ci ildə o, komandadan ayrılarkən klubla aralarında soyuqluq yaransa da, sonradan münasibətlər normallaşıb.
Mənbə: The Athletic

Altv1.info.az

XƏBƏR LENTİ