Klub prezidenti uduzduqları üçün öldürüldü
Kolumbiyada klub prezidenti öldürülüb.
Altv1.info.az xəbər verir ki, hadisə ötən gün baş verib.
“Tiqres” klubunun rəhbəri Edqar Paes ölkə çempionatının 13-cü turunda “Atletiko Kali”yə məğlubiyyətdən sonra evə qayıdarkən güllələnib.
E.Paes hadisə yerində vəfat edib. Bildirilib ki, onun güllələnməsinə səbəb komandasının uduzmasıdır.
Altv1.info.az