Bu federasiyanın adı dəyişdi, yeni rəhbəri müəyyənləşdi

1 058 28-09-2023, 12:00 İdman

Bu federasiyanın adı dəyişdi, yeni rəhbəri müəyyənləşdi

Azərbayca Ağır Atletika Federasiyasının yeni prezidenti müəyyənləşib.
Altv1.info.az xəbər verir ki, Azərbaycan Sənaye Korporasiyası ASC-ni baş direktoru, sabiq millət vəkili Kamran Nəbizadə federasiyanın rəhbəri seçilib.
O bu postda Ali Məhkəmənin Sədri İnam Kərimovu əvəzləyib. Həmçinin federasiyanın vitse-prezidentləri də məüyyənləşib.
Azərbaycanın əməkdar məşqçisi, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov və “Silk Way Group”un vitse-prezidenti Mirsəməd Mövsümzadə vitse-prezidentlər təyin edilib.
Həmçinin federasiyanın adı da dəyişdirilib. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlanacaq.





Altv1.info.az

XƏBƏR LENTİ