“Vətəndaşlarda 14 milyona yaxın kart var”

17 22-06-2023, 11:32 İqtisadiyyat

“Vətəndaşlarda 14 milyona yaxın kart var”

“Hazırda vətəndaşlarda 14 milyona yaxın ödəniş kartı var”.
Altv1.info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
Komitə sədri qeyd edib ki, ötən il ödəniş kartları vasitəsilə 24,4 milyard manat ödəniş elektron formada həyata keçirilib: “Son 5 il ərzində ölkədə ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi təxminən 8 dəfə artıb. Son bir il ərzində ödəniş kartları vasitəsilə 460 milyon dəfə əməliyyat keçirilib ki, bu da 5 ildə 12 dəfə artım deməkdir”.

XƏBƏR LENTİ