Azərbaycanda banan idxal qiymətindən 3 dəfəyə yaxın baha satılır

44 23-06-2023, 15:54 İqtisadiyyat

Azərbaycanda banan idxal qiymətindən 3 dəfəyə yaxın baha satılır

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 13 milyon 934 min dollar dəyərində 19 076 ton banan idxal edilib.
APA-nın məlumatına görə, hesabat dövründə bananın bir kiloqramının idxal qiyməti 1,24 manat təşkil edib.
Qeyd edək ki, bu dövrdə bananın orta satış qiyməti 3,30 manata bərabər olub. İdxal qiymətinin sabit qalmağına baxmayaraq, bananın qiyməti son bir ildə 25% artım göstərib.
Xatırladaq ki, banan Azərbaycana Ekvadordan idxal edilir.
Nəzərə alaq ki, Azərbaycanın bir ildə banan istehlakı 52 min tondur.

Altv1.info.az

XƏBƏR LENTİ