Toğrul Əliyev: "Beynəlxalq şirkətlə maliyyə bazarının inkişafı üzərində işləyirik"

21 10-07-2023, 14:44 İqtisadiyyat

Toğrul Əliyev: "Beynəlxalq şirkətlə maliyyə bazarının inkişafı üzərində işləyirik"

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq şirkətlə birlikdə maliyyə bazarının inkişafı üzərində işləyir.
Altv1.info.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Toğrul Əliyev Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
"Azərbaycanda həm əhalinin, həm də biznesin kreditləşdirilməsi üzrə böyük potensial var. İpoteka kreditləşməsinin bütün vətəndaşlar üçün əlçatan olduğunu demək olar, halbuki bir sıra ölkələrdə buna nail olunmayıb. Biznes kreditlərinin də əldə edilməsində heç bir problem yoxdur. Tənzimləyici qurumun vaxtı keçmiş kreditlərin məbləğinin azaldılması və bu sahədə problemlərin həlli istiqamətində gördüyü işlər səmərəlidir və biz növbəti illərdə ən yaxşı nəticələri əldə edəcəyik. Ümumiyyətlə isə problemli kreditlərin həlli və maliyyənin əlçatanlığının təmin edilməsi 2026-cı ilə qədərki "Sosial-İqtisadi İnkişaf üzrə Milli Strategiyada" da öz əksini tapıb", - deyə o qeyd edib.

XƏBƏR LENTİ