Bakıda orta aylıq əməkhaqqı 10% artıb

454 8-08-2023, 15:29 İqtisadiyyat

Bakıda orta aylıq əməkhaqqı 10% artıb

Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 174,5 manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1% artaraq 916,8 manata çatıb.


Altv1.info.az

XƏBƏR LENTİ