“Bəzən məsələ elə bir sahibkara gəlib çatacaq ki...”

573 5-10-2023, 09:20 İqtisadiyyat

“Bəzən məsələ elə bir sahibkara gəlib çatacaq ki...”

“Bu məcəllə adi qanun layihəsi deyil, çox ciddi məcəllədir. Bir sıra insanların həyatına, biznesinə təsir edən məcəllədir”.
Altv1.info.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Millət vəkili qeyd edib ki, məhz buna görə rəqabət orqanının səlahiyyətləri çox ciddi yazılmalıdır: “Burada qeyd var-rəqabət orqanının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yığılan vəsaitin 50 %-ni qurumda saxlamaq və s. Mən bunun tərəfdarı deyiləm”.
Mən şəxsən Mikayıl (iqtisadiyyat naziri Mikayıl Cabbarov- red.) müəllimə təklif etmək istəyirəm. Dövlət başçısı rəqabət orqanı ilə əlaqədar məsələlərə müdaxilə etsin. Bəzən məsələ elə bir sahibkara gəlib çatacaq ki... Sahibkar yox açıq deyim, oliqarxa. Bu halda müəyyən dəyişiklik etmək lazım olacaq. Rəqabət orqanının işləməsi bizim üçün çox vacibdir. Bu orqanın işləməsindən ölkə iqtisadiyyatının tarixi həll olunur. Xahiş edirəm, Mikayıl müəllim, bu məsələyə baxılsın. Heç olmasa, Rəqabət komissiyasının tərkibi dövlət başçısı səviyyəsində təsdiq olunsun”.
Zaur Mirzə

Altv1.info.az

XƏBƏR LENTİ