Bakıda qayınata kürəkənini bıçaqlayıb

609 24-09-2023, 11:30 Kriminal

Bakıda qayınata kürəkənini bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Altv1.info.az xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.
1986-ci il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Altv1.info.az

XƏBƏR LENTİ