Diqqətli olun - Bu hadisə 430 ildən sonra yenidən baş verəcək

128 9-09-2023, 10:00 Maraqlı

Diqqətli olun - Bu hadisə 430 ildən sonra yenidən baş verəcək

Sonuncu dəfə 430 il əvvəl Yer kürəsinin yaxınlığından keçən Nişimura quyruqlu ulduzu bu həftə sonu və ya gələn həftənin əvvəlində Yerdən görünəcəyi gözlənilir. Şimal yarımkürəsindəki müşahidəçilər ulduzun işığını zəif də olsa adi gözlə müşahidə edə biləcəklər.
Altv1.info.az Publika.az-a stinadən xəbər verir ki, bir kilometr uzunluğunda olan ulduz Yer kürəsinin yaxınlığından təxminən 125 milyon kilometr məsafədən keçəcəyi gözlənilir. Ulduzu görmək istəyən müşahidəçilər son dəfə təxminən 430 il əvvəl özünü göstərən bu ulduzun işığını günəş çıxmazdan 1-1,5 saat əvvəl seyr edə biləcəklər.
Virtual Teleskop Layihəsinin yaradıcısı, italyan astronomu Canluka Masi açıqlamasında bildirib ki, gələn həftənin Şimal yarımkürəsindən gələn ulduzu Günəşin parıltısında itməzdən əvvəl görmək üçün son şans olacaq.
"Günəşlə qarşılaşmasından sağ çıxsa, sentyabrın sonunda ulduz Cənub yarımkürəsindən qaranlıq üfüqdə görünə bilər. İnsanların ulduzu görmək üçün teleskoplara ehtiyacı var. Bununla yanaşı onlar hara baxacaqlarını bilməlidirlər. Güclü teleskoplarla edilən bütün peşəkar səma araşdırmalarını nəzərə alsaq, bu ən qeyri-adi ulduzdur", - deyə astronom əlavə edib.

Altv1.info.az

XƏBƏR LENTİ