Namiq Qaraçuxurlu 14 il sonra konsert verdi

14 17-07-2023, 13:37 Mədəniyyət

Namiq Qaraçuxurlu 14 il sonra konsert verdi

Namiq Qaraçuxurlu 14 ildən sonra ilk dəfə konsert verib. Yaşıl Teatrda səhnəyə çıxan sənətçi öncə media nümayəndələrinin suallarını cavablandırıb.
Altv1.info.az verir ki, həyəcanlı olduğunu söyləyən Qaraçuxurlu bundan sonra davamlı konsert verəcəyini bildirib.
O, öncə bu səhnə üçün yeni mahnılar səsləndirəcəyini nəzərdə tutsa da, sonradan fikrindən daşındığını söyləyib.
Media mənsubları ilə görüşdən sonra hazırlanıb səhnəyə çıxan Namiq ard-arda canlı ifalarla hitlərini səsləndirib.
Konsert zamanı kövrək anlar da yaşanıb. Füzuli döyüşləri zamanı həlak olan şəhid Elşən Musayevin qızı Ayşən səhnəyə çıxaraq sənətçiyə tədbirə dəvət etdiyi üçün təşəkkür edib. Atasının hər zaman Qaraçuxurluya qulaq asdığını bildirib.
Namiq bildirib ki, gələn qonaqların çoxunu tanıyır, onları illər ərzində konsertlərində gördüyünü söyləyib.
Konsert üzərində 40-dan çox komanda üzvü çalışıb.

XƏBƏR LENTİ