Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilir

54 28-07-2023, 12:39 Mədəniyyət

Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilir

Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.
Altv1.info.az xəbər verir ki, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində icra olunur.
Məhərrəm ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:
Bakı şəhəri üzrə:
Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu, Sahibəzzaman məscidi
Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu, Qaraçuxur məscidi
Yasamal rayonu, Təzə Pir məscidi
Yasamal rayonu, Hacı Soltanəli məscidi
Binəqədi rayonu, İmam Əli məscidi.
Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunur.
Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Altv1.info.az

XƏBƏR LENTİ