Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

18 23-06-2023, 13:45 Səhiyyə

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Altv1.info.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr saat 06:00-dək uzadılır.
Qeyd edək ki, əvvəlki Qərarda bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.

XƏBƏR LENTİ