Səhiyyə nazirinin müavini dərman qıtlığının səbəblərini açıqlayıb

20 6-07-2023, 14:56 Səhiyyə

Səhiyyə nazirinin müavini dərman qıtlığının səbəblərini açıqlayıb

"Dərman qıtlığının əsas səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir".
Altv1.info.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsində deyib.Nazir müavini bildirib ki, bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmir: "Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunvericiliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir".
O qeyd edib ki, dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi bu gün ən yaxşı həll yoludur.

XƏBƏR LENTİ