“Bu həftədən auditə başlanılıb, nöqsanlar aşkar edilir”

1 850 18-10-2023, 12:00 Siyasət

“Bu həftədən auditə başlanılıb, nöqsanlar aşkar edilir”

“Azərbaycanda qəbul edilməsi gözlənilən “Aviasiya haqqında” yeni qanun əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır”.
Altv1.info.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.Nazir müavini qeyd edib ki, sənəddə bütün sahələrdə tam təhlükəsizlik nəzərdə tutulur: “Layihədə AZAL-dan başqa, yükdaşıma şirkətləri, xidmət, naviqasiya sahəsi, təhsil müəssisələri və sektorlar da nəzərə alınıb. Sual oluna bilər ki, bizdə mövcud qanun var idisə, bu qanunun hazırlanmasına ehtiyac niyə yaranıb?
Bu sahədə bütün dünyada tələbləri beynəlxalq mülki aviasiya təşkilatı müəyyən edir. Dünyada hava limanları mütləq bu tələblərə əməl etməyə çalışır. Bunun üçün vaxtaşırı auditlər keçirilir. Bizdə də bu həftə auditə başlanılıb. Bu audit zamanı bir sıra nöqsanlar aşkar edilir. Mövcud qanun təəssüf ki, bu audit zamanı ortaya çıxan bütün sualları cavablandırmağa imkan vermir. Belə halda bütövlükdə qanunda bir sıra fəsillərin yenidən daxil edilməsi, bəzilərinin daha da təkmilləşdirilməsi, xüsusilə mülki pilotsuz uçuş aparatlarının dövriyyəsini tənzimləyən norma və tələblərin müəyyən edilməsi bu qanunda əksini tapıb”.


Altv1.info.az

XƏBƏR LENTİ