Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb

169 4-02-2024, 10:30 Siyasət

Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.

Sonxeber.az xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib.

Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.


Altv1.info.az

XƏBƏR LENTİ