Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

29 19-03-2024, 12:00 Siyasət

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinyan Tavuş sakinlərinin xəbərdarlıq edib ki, Ermənistan sözügedən kəndləri Azərbaycana qaytarmasa, bunun nəticəsi İrəvan üçün çox ağır olacaq.

Məsələ ilə bağlı hərbi eskpert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, Azərbaycan tərəfi bu istiqamətdə geri addım atmayacaq:

"Paşinyan sonuncu mətbuat konfransında bildirmişdi ki,4 kəndin Azərbaycana heç bir aiddiyyat yoxdur. O kəndlərlə bağlı heç bir razılaşma olmayıb. Elə həmin konfransa o kəndlərə səfər edəcəyini bildirmişdir. Paşinyanın indiki məqamda, NATO baş katibinin səfəri zamanı o kəndlərə getməsi, Ermənistanın o kəndləri vermək istəmədiyini göstərir.

İndiki məqamda Ermənistan kəndlərlə bağlı dirənişi artıracaq. Buna cavab olaraq isə, Azərbaycan da tələblərini artıracaq. Çünki Azərbaycan dəfələrlə bəyanat verib ki, Ermənistan o kəndləri qaytarmalıdır. İlkin olaraq deyə bilərik ki, Ermənistan o kəndləri vermək istəmir. O kəndlərdə yaşayan əhali də hakimiyyətə təziq edir ki, kəndlər Azərbaycana qaytarılmasın. Paşinyanın burada belə bir məqsədi var. Paşinyan dünyaya bildirmək istəyir ki, biz bu şərti qəbul etsək də, əhali bu məsələdə güzəştə getmək istəmir. Əhali bu məsələdə hakimiyyətə qarşıdır. Ermənistan mediası bunu göstərməyə çalışır. Amma Azərbaycan tərəfinin bu istiqamətdə geri addım atacağını düşünmürəm. Əgər lokal toqquşmalar baş versə əsas istiqamət, bu ərazidə olacaq".

XƏBƏR LENTİ