"City Food Service" şirkəti "My Food"la məhkəmədə üz-üzə

29 12-07-2023, 13:31 Siyasət

"City Food Service" şirkəti "My Food"la məhkəmədə üz-üzə

Bakı Kommersiya Məhkəməsində "City Food Service" QSC-nin "My Food" MMC-yə qarşı iddiası üzrə məhkəmə iclası başlayıb.
Altv1.info.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.
Xatırlatma: "City Food Service" QSC "My Food" MMC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

Altv1.info.az

XƏBƏR LENTİ