"FETO-çulara qarşı ən sərt tədbirlər görülməlidir" - DEPUTAT

19 26-07-2023, 11:35 Siyasət

"FETO-çulara qarşı ən sərt tədbirlər görülməlidir" - DEPUTAT

"Son zamanlar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən terrorçuluğa qarşı ciddi mübarizə aparılır. O cümlədən FETO-çuların aşkarlanaraq qanun qarşısında cavab vermələri üçün lazımi tədbirlər görülür. Bütün bunlar, təbii olaraq ictimaiyyət tərəfindən müsbət qarşılanır".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycan terrordan ən çox əziyyət çəkən dövlətlərin slrasındadır. 1988-ci ildən başlayan mənfur erməni terroru hələ də davam edir:
"Bu baxımdan, 2016-cı ilin iyul ayının 15-də qardaş Türkiyəni sarsıdan, dövlət çevrilişi ilə hakimiyyətə gəlmək istəyən FETO-çulara qarşı ən sərt tədbirlər görülməlidir. Onlara Azərbaycanda yer olmamalıdır. Türkiyə-Azərbaycan, Ümummilli Lider Heydər Əliyevin təbirincə, bir millət, iki dövlətdir. Türkiyənin təhlükəsizliyi, Azərbaycanın təhlükəsizliyidir. Türkiyə-Azərbaycan münasibətləri tarixin ən çətin sınaqlarından çıxmışdır. Qardaş ölkənin dövlət təhlükəsizliyinə təhdid yaradan bütün terror təşkilatları, bizim üçün eyni dərəcədə təhlükəli hesab olunmalıdır.
Müasir dünyada təhlükəsizlik məsələləri hər bir dövlətin inkişafının təməlində durur. Fərqi etməz, FETO və yaxud istənilən digər terror təşkilatı olsun. Milli qanunvericiliyimizə uyğun olaraq, ən sərt şəkildə cəzalandırılmalıdır. İmkan verə bilmərik ki, olduqca mürəkkəb geosiyasi şəraitdə əldə etdiyimiz sabitlik, hansısa terrorçu qruplar tərəfindən pozulsun".

Altv1.info.az

XƏBƏR LENTİ