"Soydaşlarımıza qarşı vəhşiliklər törədən hər bir erməni cəlladı Xaçaturyan kimi tapılaraq qanunla cəzalandırılacaqdır" - DEPUTAT

16 31-07-2023, 11:54 Siyasət

"Soydaşlarımıza qarşı vəhşiliklər törədən hər bir erməni cəlladı Xaçaturyan kimi tapılaraq qanunla cəzalandırılacaqdır" - DEPUTAT

"Xocalı cəlladlarından biri olan, əli günahsız azərbaycanlıların qanına batmış Vaqif Xaçaturyanın adı uzun illərdir ki, Azərbaycanın hüquq mühafizə orqanlarının axtarışında olan şəxslərin siyahısında olub".
Bunu Altv1.info.az- a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yaydığı məlumatdan da görünür ki, Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 nəfər azərbaycanlı öldürülüb, 14-ü yaralanıb, 358-i isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələr ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən Laçın sərhəd-buraxılış məntəqəsində həbs edilib.


Bu gün Xaçaturyanın azərbaycanlılara qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan hüquq-mühafizə orqanlarının əlində təkzibolunmaz faktlar, şahid ifadələri mövcuddur. Bu vəhşi cəladı tanıyan tanıyan Əskəranın azərbaycanlı sakinləri, əsirlərimiz onun əməlləri barədə vaxtilə ifadələr veriblər. İbtidai istintaq və məhkəmə istintaqı dövründə şahidlərin ifadələri dinləniləcək. Bu gün Xaçaturyanı müdafiə edən beynəlxalq ictimaiyyət şahidlərin ifadələrindən sonra onun necə vəhşi və qəddar cani olduğunu görəcək.Əslində sosial şəbəkələrdə paylaşılan Xaçaturyanın şəhidimizi təhqir edən fotosu və Zori Balayan, Monte Melkonyan kimi terrorçularla birgə görüntüləri onun əli azərbaycanlıların qanına batmış cani olduğunu sübut edir".
Deputat vurğulayıb ki, tarix unudulmur:
"Öz gücümüzə torpaqlarımızı işğaldan azad etdiyimiz kimi soydaşlarımıza qarşı müxtəlif zamanlarda vəhşiliklər törədən erməni cəlladlarının hər biri Xaçaturyan kimi tapılaraq qanunla cəzalandırılacaqdır".

Altv1.info.az

XƏBƏR LENTİ