"İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib" - Sahibə Qafarova

1 231 12-10-2023, 10:00 Sosial

"İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib" - Sahibə Qafarova

"Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib".
Altv1.info.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövr ərzində Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı formalaşıb: "Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Azərbaycanda istehsal olunan ümumi daxili məhsul 3,6 dəfə artıb".
Sonra Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.


Altv1.info.az

XƏBƏR LENTİ