Dilan Polat və Engin Polatın əmlaklarına həbs qoyuldu

29 14-10-2023, 09:20 Sosial

Dilan Polat və Engin Polatın əmlaklarına həbs qoyuldu

Bir çox gözəllik mərkəzi olan Dilan Polat və həyat yoldaşı Engin Polat günlərdir vergi borcu ilə gündəmdən düşmür.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə gündəmə gələn Dilan Polat və Engin Polatın əmlaklarının müsadirə edilməsinə qərar verilib.
Bundan başqa, onun birinci və ikinci dərəcəli qohumlarının da əmlakı müsadirə edilib. Xaricə çıxışı da qadağan edilən cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı da üzə çıxıb. Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və neylon hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub.
Qeyd edək ki, bir müddətdir çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə gündəmdə olan Dilan Polat və Engin Polat özlərinə qarşı irəli sürülən ittihamları rədd ediblər.


Altv1.info.az

XƏBƏR LENTİ