Fransadan ölkəmizə bu qidaların idxalı məhdudlaşdırılır

439 17-10-2023, 09:00 Sosial

Fransadan ölkəmizə bu qidaların idxalı məhdudlaşdırılır

Fransada fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən yüksək riskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq.
Altv1.info.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanununun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların Azərbaycan gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir.

Altv1.info.az

XƏBƏR LENTİ