Beylaqan ziyalısı Cəsarət Qasımovun prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriki

1 506 19-10-2023, 09:30 Sosial

Beylaqan ziyalısı Cəsarət Qasımovun prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriki

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. 18 oktyabr müstəqil ölkəmizin tarixinin ən mühüm günlərindən biridir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olunub. Ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan bu tarix artıq 32 ildir bayram kimi qeyd olunur.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır.
Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında region və şəhərlərin lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənib.
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov olaraq xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Dövlətimiz, dövlətçiliyimiz əbədi olsun! Bayramınız mübarək!

Altv1.info.az

XƏBƏR LENTİ