Azər Ələkbərov: Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına təbriki

1 091 18-10-2023, 13:30 Sosial

Azər Ələkbərov: Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına təbriki

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olunub. Ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan bu tarix artıq 27 ildir bayram kimi qeyd olunur.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır.
Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənib.
Azər Ələkbərov Başda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi,Vitse prezidenti Azərbaycanın birinci xanımı Mehriban xanımı və Xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edir.


Altv1.info.az

XƏBƏR LENTİ