Atasını döyən şəxsi qisas məqsədilə öldürdü, kameraya düşdü - Video

443 26-10-2023, 10:30 Sosial

Atasını döyən şəxsi qisas məqsədilə öldürdü, kameraya düşdü - Video

Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib.
Altv1.info.az xəbər verir ki, yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirxəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.
"Xəzərxəbər" hadisənin görüntülərini yayıb. Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.
İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov vaxtilə rayon sakininlərdən birini döyərək onun sağlamlığına ciddi zərbələr vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra döydüyü şəxsin oğlu onu öldürmək qərarına gəlib və izləyərək hücum edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Altv1.info.az

XƏBƏR LENTİ