CHP-nin yeni lideri Özgür Özəl - Kimdir? + Video

412 5-11-2023, 10:00 Sosial


Xəbər verdiyimiz kimi, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.
Altv1.info.az partiyanın 8-ci başqanının avtobioqrafiyasını təqdim edir



Manisa millət vəkili Özgür Özəl 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Özəl 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb.
2001-2007-ci illər arasında əczaçı, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində mühasib işləyib. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 4 il sonra isə partiyanın deputat qrupunun sədri olub.
Yeni başqan alman və ingilis dillərini bilir, evlidir, bir övladı var.
Qeyd edək ki, 1923-cü ildə qurulmuş CHP Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından sonra ölkədə ikinci güclü partiyadır.

Altv1.info.az

XƏBƏR LENTİ