Yasamalda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - Fotolar

34 22-11-2023, 11:00 Sosial


Noyabr 22-də ədliyyə işçilərinin peşə bayramı münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Altv1.info.az xəbər verir ki, “Hüquq və ədalətin keşiyində” adlı tədbirdəYasamal Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və rayonun hüquq-mühafizə, idarə və qurumların rəsmiləri iştirak ediblər.
Yasamal rayon qeydiyyat şöbəsinin müdiri İlahə Ələsgərova ulu öndər Heydər Əliyevin sərəncamı ilə hər il noyabrın 22-nin ölkəmizdə ədliyyə işçilərinin peşə bayramının qeyd edildiyi xatırladıb və Azərbaycan ədliyyə sisteminin keçdiyi tarixi yoldan bəhs edib.
Daha sonra çıxış edən Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin baş məsləhətçisi Firuzə Nəbiyeva Azərbaycan ədliyyəsinin inkişafı mərhələlərindən danışıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ulu öndər Heydər Əliyevin “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” kəlamını xatırladıb. Bildirib ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər ədliyyə-hüquq sisteminin fəaliyyətinə çox böyük önəm verib. Həm sovet, həm də müstəqillik illərində bu sahədə ulu öndərin təşəbbüsü ilə dərin islahatlar aparılmışdı.

Altv1.info.az

XƏBƏR LENTİ