Bakıda DƏHŞƏT! - Ana övladını taksidə qoyaraq qaçıb - FOTO - YENİLƏNİB

468 9-12-2023, 09:30 Sosial

Bakıda DƏHŞƏT! - Ana övladını taksidə qoyaraq qaçıb - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ananın övladını taksidə qoyaraq qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sonxeber.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən oxu.az-a bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır:

"Məsələdən məlumatlıyıq, araşdırmalara başlanılıb".

10:04
Bakıda ana övladını taksidə qoyaraq qaçıb.

Sonxeber.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

"Gecəmiz təəssüf ki, rahat keçmədi. Körpənin anası övladını taksidə qoyaraq gedib. O, taksi sürücüsünə su alıb qayıdacağını bildirib. Hazırda körpə sığınacaqdadır", - deyə M.Zeynalova bildirib.

Altv1.info.az

XƏBƏR LENTİ