Yeniyetmələr evdən niyə QAÇIR? "Onlar sosial şəbəkədən o qədər istifadə edirlər ki, valideyni idarə etmək istəyirlər" -PSİXOLOQ

18 18-12-2023, 09:30 Sosial

Yeniyetmələr evdən niyə QAÇIR? "Onlar sosial şəbəkədən o qədər istifadə edirlər ki, valideyni idarə etmək istəyirlər" -PSİXOLOQ

İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Son zamanlar evdən qaçan yeniyetmələrin sayı kifayət qədər artıb. Təkcə son iki ay ərzində onlarla yeniyetmə evdən qaçıb. Bəs bunun səbəbi nədir?

Mövzu ilə psixoloq Fərqanə Mehmanqızı Sonxeber.az-a açıqlama verib.

Psixoloq bildirib ki, bu mövzunu televiziyalarda səsləndirmək düzgün deyil:

"Mediada uşaqların evdən qaçması ilə bağlı halları çox səsləndirmək, şişirtmək düzgün deyil. Çünki intiharlar kimi, yeniyetmələrin evdən qaçmağıda təbliğat xarakteri daşayır. Yeniyetmələr belə hallardan istifadə edərək, valideynləri idarə edirlər. Valideynlərin günahlari avtoritet ola bilməməkdir. Eyni zamanda uşaqlarda müxtəlif travmaların olmasıdır .Amma bu travmalara baxmayaraq yeniyetmənin evdən qaçması doğru deyil. Burada təbii ki individual məsələlərdə var. İlk olaraq yeniyetmənin niye evdən qaçdığını, səbəbin nə olduğunu aydınlaşdırmaq lazımdır. Bu uşaqlar evdən qaçıb hara gedir? Bilirik ki, ətrafda təhlükələr çoxdur.

Valideynlə uşaq arasında münasibətlərin pozua bilər. Əlbəttə bu kimi faktorlar da var. Evdə idarəetmə düzgün olmalıdır. Evdə uşağa qarşı nizam-intizam olmalıdır. Hər bir uşaq bilməlidir ki, onun sərhədləri var. Uşağın artıq böyüməsi prosesində evdə ciddi şəkildə qaydalar qoyulmalıdır. Bu qaydaları yerinə yetirməyənlərə isə cəzalar tətbiq edilməlidir. Bu cəzalar uşağın xarakterinə uyğun olaraq verilməlidir. Əlbəttə burada fiziki cəzadan söhbət getmir".

Fərqanə Mehmanqızı yeniyetmələrin valideynləri idarə etmək istədiklərini vurğulayıb:

"Yeniyetmələr o qədər sosial şəbəkədək istifadə edirlər ki , artıq valideyni idarə etmək istəyirlər. Onlar valideyni "mənə bunu almırsansa. evdən qaçacam" kimi fikirlərlə hədələyirlər. Bu isə cəmiyətə xəstə şəxsiyyətlərin yaranmasına səbəb olur. Avropaya inteqrasiya edərək deyirik ki, biz uşaqlara azadlıq verməliyik. Amma uşaqlara lazımsız sərbəstlik vermək olmaz. Bunu anlamayan valideyn belə problemlə qarşılaşır. Televiziyalarda və sosial şəbəkələrdə uşaqların evdən qaçması ilə bağlı valideyni ancaq günahkar bilmək düzgün deyil. Ona görə də bu mövzu barədə efirlərdə danışmaq düzgün deyil. Bu halların təbliğatını aparmaq olmaz".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.



Altv1.info.az

XƏBƏR LENTİ