"YAP-ın İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərarı Azərbaycan xalqının arzu və istəyini ifadə edir" - Spiker

325 19-12-2023, 10:30 Sosial

"YAP-ın İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərarı Azərbaycan xalqının arzu və istəyini ifadə edir" - Spiker

YAP-ın qərarı ilə partiyadan İlham Əliyev prezidentliyə namizəd göstərilib. Təbii ki, bu qərar Azərbaycan xalqının arzu və istəyini ifadə edir.

Altv1.info.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 19-da keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Spiker bildirib ki, Ulu öndərin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası daha da zənginləşdirilib: "Azərbaycan geniş bölgədə söz sahibinə çevrilib. Prezident İlham Əliyev müzəffər sərkərdə kimi adını tarixə həkk edib. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük uğurlara imza atacaq

Altv1.info.az

XƏBƏR LENTİ