Azərbaycanda bu şəxslərin sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər - AÇIQLAMA

521 20-12-2023, 10:00 Sosial

Azərbaycanda bu şəxslərin sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər - AÇIQLAMA

Son günlər bir neçə tiktoker palaşdığı videolara görə cərimələnib. "TikTok" sosial şəbəkəsində palaşılan videolar və canlı yayımda səsləndirilən fikirlər etiraza səbəb olub. Hətta bəzilər "TikTok" sosial şəbəkəsinin ölkədə bağlanılmasını təklif edib.

Məsələ ilə bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, yeni sosial platformalar meydana çıxdıqca insanlarda ilk olaraq mənfi rəylər formalaşır:

"Mən yaxşı xatırlayıram "Facebook" daha sonra isə "İnstagram"ın mövcudluğunu insanlar qəbul etməkdə çətinlik çəkirdi. Amma bu gün nə qədər insan "İnstagram"dan pul qazanır, "İnstagram" birbaşa reklam mənbəyidir. İndi isə hər kəs "TikTok" platformasını günahkar görür və düşünür ki, bağlanmalıdır. Mən deyərdim ki, bu gün "TikTok" bağlandı və ya hər hansı bir sosial şəbəkə qadağa olundu. Bütün probemlər həllini tapacaq? əsla çünki sosial şəbəkələr günahkar deyil. Hər bir cəmiyyət sosial platformalarda öz düşüncəsini və mədəniyyətini nümayiş etdirir. Sosial platformalar nəinki azalıb məhdudiyyət qoyulacaq, hətta günbəgün artacaq. Bəs bizim ayrı-ayrı yaş kateqoriyasından olan sakinlərimiz bundan necə istifadə edir və ya edəcək? Bu isə tam başqa mövzudur. Mən deyərdim nəinki gənc nəsil, hətta kifayət qədər yaşlı nəslin nümayəndələri də bu sahədə çox təəccübləndirici mənzərələr nümayiş etdirirlər. Bu cəhətdən daima maarifləndirmək və cəmiyyətin maraq sahələrini inkişaf etdirmək lazımdır. Digər tərəfdən isə xüsusilə hərbçi və dövlət əhəmiyyətli qurumlarda çalışan şəxslərin sosial platformalardakı iştirakı məhdudlaşdırıla bilər. Biz bunu dünya təcrübəsinə əsaslanaraq tətbiq edə bilərik. Hazırda bir çox ölkələrdə müəyyən kateqoriya mövcuddur ki, orada olan şəxslərin sosial şəbəkələrdəki fəaliyyəti müəyyən mənada məhdudlaşdırılır".

Altv1.info.az

XƏBƏR LENTİ