Dövlət Xidməti ilə "Klinik Tibbi Mərkəz" arasında 1500 manatlıq qalmaqal

2 358 20-12-2023, 11:00 Sosial

Dövlət Xidməti ilə "Klinik Tibbi Mərkəz" arasında 1500 manatlıq qalmaqal

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şirvan-Salyan Regional Şöbəsi "Klinik Tibbi Mərkəz"i cərimələyib.

Qaynarinfo xəbər verir ki, xəstəxananın cərimələnməsi zamanı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəssinə istinad edilib.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 192.4-cü maddədə vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Klinik Tibbi Mərkəz qərarla razılaşmayaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Şikayətə Nəsimi Rayon Məhkəməsinə baxılacaq. Babək Pənahov iş üzrə hakim təyin edilib.

Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərovdur. O, 2021-ci ilin aprel ayındadın bu vəzifədədir.

Altv1.info.az

XƏBƏR LENTİ