Azərbaycanda mikroavtobus qəzası: Yaralananların sayı 15 nəfərə çatdı

1 170 25-12-2023, 09:00 Sosial

Azərbaycanda mikroavtobus qəzası: Yaralananların sayı 15 nəfərə çatdı

Dekabrın 25-də saat səkkiz radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi ZİL markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olub:

"Faktla bağlı araşdırma aparılır".

Altv1.info.az

XƏBƏR LENTİ