Kartdan oğurlanan pulların məsuliyyətini kimlər daşıyır? - AÇIQLAMA

1 252 23-01-2024, 09:30 Sosial

Kartdan oğurlanan pulların məsuliyyətini kimlər daşıyır? - AÇIQLAMA

Bank kartı məlumatları gündən-günə hakerlər üçün hədəfə çevrilir. Bu dələduzluq meyillərinin vətəndaşların maliyyə baxımından ziyana düşməsinə səbəb olur. Oğurlanmış kart məlumatları istifadəçilər üçün kritik risklər yaradır. Lakin belə hallarda mövcuddur ki, vətəndaşın məlumatlarını paylaşmadığı halda pul çıxarışları olur. Bu tip hallarda məsuliyyət kimin üzərinə düşür. Kartdan oğurlanan pul zamanı məsuliyyəti banklar daşıyır? Bu zaman həmin məbləği vətəndaş kimden tələb etməlidir?

Məsələ ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib:

"Bu problemin bir çox səbəbi var. Birincisi odur ki, vətəndaşın günahı olub. Yəni kart məlumatlarını kiməsə verib. İnternetdə yaxud saytda kartın bütün məlumatlarını qoyur və istifadə edirlər. Belə hallara daha çox rast gəlinir. Belə bir vəziyyət var ki, vətəndaşa zəng edirlər ki, bankdandır və kart məlumatlarını soruşurlar. Vətəndaşda məlumatlarını paylaşır. Bu iki halda vətəndaşın günahıdır. Bu halda şəxs gərək polisə müraciət etsin. Axtarış aparılmalıdır ki, bu hallar kim tərəfindən edilib. Əlbəttə ki, prespektivi də ağırdır. Amma əksinə də ola bilər. Bu bankında günahı ola bilər".

Ekspertin sözlərinə görə, bura da iki variant var. Kart məlumatlarının oğurlanması bank işçiləri tərəfindən həyata keçirilir və cinayət törədirlər:

"Yeni hesablar ilə məlumatları oğurlayırlar. Yaxud bankın proqram təminatı zəif olur. Təhlükəsizlik tələblərinə cavab vermir ki, hakerlər proqrama daxil olur və kənardan pulları çıxara bilirlər. Hər bir halda bunu ya bankın işçiləri edir ya da təhlükəsizlik sistemi zəifdir. Bu kimi hallara bank cavabdehdir. Əlbəttə ki, bu halda vətəndaş bankdan pulunu tələb etməlidir. Bank məsələni araşdırmalıdır. Amma ki, əksər hallarda deyir ki, bizlik deyil. Bu halda vətəndaş məhkəməyə müraciət etməlidir. Məhkəmə baxmalıdır ki, bu kimin günahıdır. Bankın günahıdırsa vətəndaşa geri qayıdır".



Altv1.info.az

XƏBƏR LENTİ