"Vətəndaşlarımız növbədənkənar prezident seçkilərinin keçirilməsindən məmnundur və səbirsizliklə fevralın 7-ni gözləyirlər" - DEPUTAT

19 29-01-2024, 09:00 Sosial

"Vətəndaşlarımız növbədənkənar prezident seçkilərinin keçirilməsindən məmnundur və səbirsizliklə fevralın 7-ni gözləyirlər" - DEPUTAT

"Prezident seçkilərinə 10 gündən az bir vaxt qalıb".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu gün hər kəs səbirsizliklə hər kəs fevralın 7-ni gözləyir.Bu il keçiriləcək prezident seçkilərin bizim üçün əhəmiyyəti böyükdür. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki bütün ölkə ərazisində keçiriləcək. Hazırda fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Partiyasının bölgələrdə apardığı seçkiqabağı təşviqat kampaniyası uğurla davam edir. Eləcə də Lerikdə. Görüşdə iştirak edən vətəndaşlarımızın hər biri növbədənkənar prezident seçkilərinin keçirilməsindən məmnun olduqlarını və səbirsizliklə fevralın 7-ni gözlədiklərini bildiriblər".

Deputat vurğulayıb ki, 30 il ərzində ölkəmizə qarşı ikili münasibət bəslənilib:

"Hazırda dövlətimizə qarşı çirkin kampaniyalar aparılır. Ölkəmizə qarşı başladılan bu çirkin kampaniyalar bizi heç də təəccübləndirmir. Bu gün ölkəmizin güclənməsi, ərazi bütövlüyümüzün tam bərpa edilməsi bəzi dövlətləri və təşkilatları narahat etməyə başlayıb. Xüsusən də Ermənistana himayədarlıq edən ölkə və təşkilatları. 30 il ərzində işğalçını gizlin şəkildə himayə edən dövlət və təşkilatlar 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra açıq şəkildə Ermənistanı dəstəkləməyə və bizə qarşı açıq-aşkar düşmənçilik etməyə başladılar. İkili standartların hökm sürdüyü və beynəlxalq hüququn işləmədiyi dünyada dik dayanmağımız üçün cənab İlham Əliyevin güclü siyasi iradəsi, diplomatik bacarığı, müdrik siyasət yürütmək qabiliyyətinə malik liderə ehtiyacımız var".



Altv1.info.az

XƏBƏR LENTİ