Qarabağ qazisi müraciət etdi

41 21-06-2023, 14:23 Sosial

Qarabağ qazisi müraciət etdi

Qarabağ qazisi Prezident İlham Əliyevə hədiyyə olaraq geyim hazırlayıb.
Altv1.info.az xəbər verir ki, qazinin görüntüləri sosial şəbəkədə yayılıb. O, prezidentə bildirir ki, müharibə zamanı torpaqlarımızı sağ-salamat azad edib şəhid olmasa, prezidentə geyim hazırlayıb hədiyyə etməyi arzu edib. Geyim hazır olsa da, o, prezidentə təqdim edə bilməyib. Qazi qeyd edib ki, bir çox yerə müraciət etsə də, prezidentlə görüşmək mümkün olmayıb. "Özümə borc bildim ki, sizə kiçik də olsa hədiyyə edim. Sizinlə görüşsəm, çox xoşbəxt olaram. Cənab prezident, Qarabağ döyüşçüsü kimi həmişə yanınızdayıq. Sizin bir sözünüzlə ətrafınızda dəmir yumruq kimi birləşməyə hazırıq ,- deyə qazi əlavə edib.

XƏBƏR LENTİ