Fərəc müəllim:Qalib Liderə səs verək....

247 1-02-2024, 13:17 Sosial

Fərəc müəllim:Qalib Liderə səs verək....

İş adamı Hacı Fərəc müəllim-Vətən müharibəsində Qələbə qazanmaqla regionda yeni reallıqlar yaratmış ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olub. Vətən müharibəsindən sonra bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının qarşısı qətiyyətlə alınıb.

Xalqımız möhtəşəm Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını daim xatırlayacaq və yüksək qiymətləndirəcək. 7 fevral seçkilərinə gedən yol bu iki qələbə ilə bilavasitə bağlıdır.

Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçiləri həm qürurvericidir, həm də mühüm əhəmiyyətə malikdir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi nöqteyi-nəzərindən mühüm məsələ, düzgün qərar olmaqla bərabər, eyni zamanda, cənab İlham Əliyevin 21 illik prezidentlik fəaliyyəti barədə xalqa hesabatıdır.

İnanıram ki, qarşıdakı prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcək. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq


XƏBƏR LENTİ