Dövlətin əmlakını şəxsi mənafeyi üçün istifadə edən məmur- Etibar Niftalıyev

543 13-02-2024, 09:00 Sosial


Fevral-13.02.2024
ATİAHİ Zərdab rayon komitəsinin sədri Etibar Niftalıyev Dövlətin ona ayırdığı xidməti maşınını şəxsi mənafeyi üçün istifadə edir.- FAKT

Nələr baş verir? – ətraflı sizi tanış edək.

Etibarlı mənbədən redaksiyaya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyev barəsində ilginc məlumatlar daxil olub.

Daxil olan məlumata əsasən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyevin Dövlətin xidməti maşınını şəxsi mənafeyi üçün istifadə edir.

Hamıya məlumdur ki, bu gün təhsil işçilərinə, məktəblərə, müəllimlərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir və dövri mətbuatda bunları dərc etməkdə özümüzə borc bilmişik. Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin görülən bu diqqət və qayğıdan niyə qıraqda durur? Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görməli, müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməlidir. Sadaladığımız bu işləri Zərdab Rayon Komitəsinin sədri Etibar Niftalıyev niyə görməzdən gəlir?

ATİAHİ Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyev Bakıdan kilometrlərlə uzaq olduğu üçün fəaliyyətini heç kim görmür kimi bilir. Bütün çirkin əməllərini ört-basdır edəcək. . Hətta, dövlət tərəfindən ayrıaln xidməti avtomobili nəvəsinə pay edib. Həmin xidməti avtomobil hal-hazırda Bakı şəhərindədir.

Etibar Niftalıyev Zərdab rayon komitəsinin tərkibində olan hansı təhsil müəssisəsinə baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışdır? Hansı təhsil işçisini, müəllimin problemləri ilə maraqlanıb onun həllində birbaşa iştirak etmişdir? Görəsən Etibar müəllimin bu cür iyrənc fəaliyyətindən hörmətli Səttar Möhbalıyevin xəbəri varmı? Etibar müəllim hər ilin sonunda hansı hesabatı verir?

Araşdırmalarımız davam edir, Etibar Niftalıyev barəsində daha şok faktlarla sizi tanış edəcəyik. Bizi izləyin.


HƏTTA dövlət qeydiyyat nişanı Zərdab rayonuna məxsus olan və ATİAHİ Zərdab rayon komitəsinin sədri Etibar Niftalıyevin xidməti maşını olan bu maşın bakı şəhərində nə gəzir bu maşını idarə edən Etibar Niftalıyevin nəvəsi bu maşını sərbəst idarə edir və oxuduğu Universitetə bu maşın ilə gedir
Davamı var…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Alv1.info.az

XƏBƏR LENTİ