DİQQƏT: Bunu edən sürücülər 50 manat CƏRİMƏLƏNİR - AÇIQLAMA

24 19-03-2024, 10:00 Sosial

[center]DİQQƏT: Bunu edən sürücülər 50 manat CƏRİMƏLƏNİR - AÇIQLAMA[/center
"Yol hərəkəti haqqında" qanun telefonla bağlı sürücülərə müəyyən qadağalar qoyulub. Sükan arxasında telefondan istifadə edən sürücülərə hansı cəza verilir?

Məsələ ilə bağlı vəkil Babək Həmidov Sonxeber.az-a açıqlama verib.

Vəkil məsələyə aydınlıq gətirib:

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsinə qeyd olunub ki,sürücünün telefonu əldə saxlaması və ondan istifadə etməsi qadağandır Bu halda sürücülər 50 manat cərimə edilir. Bu maddədə iki məsələ öz əksini tapır. Həm sürücü telefonu əldə saxlamalı və ondan istifadə etməlidir ki, İnzibati Xətalar Məcəlləsi üzrə cərimə təbiq edilsin.

Telefonu əldə saxlamadan avtomobilə quraşdırılmış qurğu ilə telefon istifadə etmək olar. Bu qaydalar daxilindədir. O cümlədən telefonu əldə saxlamaq olar. Bu da qanun pozuntusu deyil. Ancaq bu iki hal bir arada olarsa,qanun pozuntusudur. Yəni sürücü həm telefonu əldə saxlamlı, həm də istifadə etməlidir"

XƏBƏR LENTİ