İşini vicdanla yerinə yetirən-209 nömrəli tam orta məktəb direktoru SƏBAHƏT AĞAYEVA

26 495 14-05-2024, 13:49 Sosial



Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən Azərbaycan vətəndaşlarından söhbət açacam. O Azərbaycanlılar ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, hər bir işində yorulmaz və nümunəvi vətənpərvər xanımdır, təhsil müəssisəsinə rəhbərdir. Bu xanım kimidir? Bu xanım hər kəsin dostu sadə, şagirdlərə ana qayğısı göstərən, valideynlərlə xoş münasibətdə olan, vətənpərvər ziyalı xanım-209 nömrəli tam orta məktəb direktoru SƏBAHƏT AĞAYEVA
SƏBAHƏT AĞAYEVA haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan 209 nömrəli tam orta məktəb direktoru SƏBAHƏT AĞAYEVA ləyaqət nümunəsi təhsil rəhbərlərindən biridir.
Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir təhsil ocağının rəhbəri haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq.
209 nömrəli tam orta məktəb direktoru SƏBAHƏT AĞAYEVA vəzifəsini vicdanla yerinə yetirən biridir. Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız 209 nömrəli tam orta məktəb direktoru SƏBAHƏT AĞAYEVA haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, SƏBAHƏT AĞAYEVA təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. SƏBAHƏT müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır.SƏBAHƏT müəllim rəhbər olduğu məktəbdə bir direktor kimi yox, şagirdlərə bir ana kimi davranmağını, onların dərsə davamiyyəti ilə yaxından tanış olur və hər bir köməkliyini edir. O, cümlədən də müəllimlərin dərsə davamiyyətinin yüksək səviyyədə təmin edərək, şagirdlərə elmin, təhsilin verilməsində, gənc nəslin savadlı və vətənpərvər ruhda böyüməsində mühüm rolu vardır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən209 nömrəli tam orta məktəb direktoru SƏBAHƏT AĞAYEVA rəhbər olduğu təhsil ocağına müqəddəs bir məkan bilərək, həmişə yüksək pillələrdə mənafeyini qoruyub saxlayandır. Bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları araşdırma aparmadan işini vicdanla yerinə yetirən vətənpərvər bir ziyalı haqqında xoşagəlməz tənqidi mövzular dərc etməklə iş nüfuzuna xələl gətirirlər. Biz isə bunun tam əksi olaraq, araşdırmalarımız nəticəsində qəti qərara gəlmişik ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

XƏBƏR LENTİ