Polkovnik-leytenat Vüqar Aydınov əgər yaşasaydı 56 yaşı olardı.

2 825 4-06-2024, 15:12 Sosial


Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst - xətt olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,sadəliyi, səmimiyyəti,işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün 32 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş polkovnik leytenat Aydınov Vüqar Əlirza oğlunun iyun ayının 4 -də dünyaya göz acdığı gündür,Vüqar Aydınov əgər yaşasaydı iyun ayının 4-də 56 yaşı tamam olardı.Vüqar Aydınov 2018-ci illin oktyabr ayın 9 -da Bakı şəhərində vəfat edib,Ucar rayonunda isə dəfin edilib.
Peşəkar hərbi zabit, xeyirxah, vətənpərvər və torpağına bağıı gözəl insan Aəzbaycan Respubilkasının Silahlı Qüvvələr və Muharibə Vetetanı polkovnik leytenat Aydınov Vüqar Əlirza oğlu 1968 -ci ilin iyun ayının 4-də Ucar rayonunda k zəhmətkeş bir ailədə anadan olmuşdur.Əslən Ucar rayonunun Qazqumlaq kəndindən idi.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Vüqar Ay ınov 1985- cü ildə Ucar rayonun 1 nömrəli orta məktəbi, 1988 - ci ildə Perm hərbi məktəbi, 2006-cı ildə isə Cin xalq ordusunun milli müdafiə hərbi akademiyasında briqada və bölkə komandiri vəzifələri üzrə ixtisas artırma kursunu bitrmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiku toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komanda- qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir..
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq yaradan Vüqar Əlirza oğlu Aydınov Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində rəhbər vəzifələrdə xidmət etdərkən bi cox komissiyaların və məqsədli qurupların sədri və üzvü olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə Daxili işlər Nazirliyinin rəhbərliyinin və Daxili Qoşunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Aydınov Vüqar Əlirza oğlu 1988-1991- ci illərdə Sovet Ordusunda müxtəlif vəzifələrdə calışmışdır.
1992-2018-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Nərmanov,Hacıqabul, Binəqədi və Zakatatala rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində yerləşən hərbi hissələrində tabor komandiri,hərbi hissə komandirinin müavinini - qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsində isə aviasiya və əməliyyat şöbələrində baş zabit vəzifələrində Millətə, Vətənə, və Xalqa sədaqətlə xidmət etmişdir.

Vüqar Əlirza oğlu Aydınov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında, zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında, fövqalədə hallar və hərbi vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində Vüqar Aydınov üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Hərbı yoldaşları Vüqar Aydınovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edlib, bir cox fərmanlarla,diplomlarla,qiymətli hediyələrlə mükafatlandırlıb, təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı medalı ilə;
2."SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” 70 illiyi yubiley medal ilə;
3."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə;
4."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013 )” yubiley medalı ilə;
6."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medalı - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Azərbaycan Respubilkasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında,mütəşəkkil cinayətkarlığa,terrorçluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin zərərləşdirilməsində xüsusilə gəriqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respubilkası Prezidentinin müvafiq sərancamına əsasən polkovnik leytenat Aydınov Vüqar Əlirza oğlu “ Hərbi xidmətlərə görə” medalı ilə təltif olnmuşdır.
ALLAH RƏHMƏT ELƏSİN VÜQARA, MƏKANI CƏNNƏT OLSUN!


XƏBƏR LENTİ